Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

KÖÇKÜNLƏR ETİRAZ AKSİYASI KEÇİRDİ

KÖÇKÜNLƏR ETİRAZ AKSİYASI KEÇİRDİ
Bu gün saat 11:00 radələrində Mingəçevir şəhərində məcrubi köçkünlər aksiya keçirməyə başlayıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, aksiyada 30-a yaxın məcburi köçkün iştirak edir. Onlar İcra Hakimiyyətinin qabağını və “20 yanvar” küçəsində yolu bağlayıblar. Polis hazırda yolları açır. Aksiya iştirakçıları onlara evlərin verilməməsi ilə bağlı etiraz edir. Məsələ ilə əlaqədar İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakiminin I müavini İlham İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda məsələ araşdırılır. “Ümumiyyətlə Mingəçevirdə məcburi köçkünlər üçün 9 mərtəbəli 10 bina (502 ailə üçün nəzərdə tutulur) istifadəyə verilib. Hazırda sənədlər yığılıb. Təbii ki, bəzilər daha çox mənzil almaq istəyir. Bəziləri Bakıda yerləşdikləri halda gəlib Mingəçevirdə ev almaq istəyir. Ona görə də narazılıqlar var, biz də problemin aradan qaldırılması istiqamətində çalışırıq. Şikayətçilər qəbul ediləcək və bir-bir dindiriləcək”, - deyə İlham İsmayılov bildirib. Problemlə əlaqədar Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsilə də əlaqə saxladıq. Qurumun şöbə müdiri Elmar İsmayılov ANS PRESS-ə açıqlamasında hazırda hadisə yerinə getdiyini bildirib. “Bizə də məlumat veriblər ki, məcburi köçkünlər aksiya keçirir. İndi Mingəçevir şəhərinə gedirik. Onlarla görüşüb, danışacağıq. Məcburi köçkünlərin məskunlaşdırılması, onlara yeni mənzillərin verilməsi, onlar üçün şərait yaradılması məsələsi həmişə diqqətimizdədir”.

Teqlər:
Bu xəbər cəmi 1335 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR