7 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində baş verib.
Belə ki, kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.
Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.
Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.