YeniMeydan.info:Daxili işlər naziri Ramil Usubov polis polkovniki Ehsan Zahidovun Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəisi təyin olunması barədə əmr imzalayıb.
Əmrə əsasən, indiyədək DİN-in mətbuat xidmətinin rəisi müavini postunu tutan E.Zahidov bundan sonra rəis vəzifəsində çalışacaq.
E.Zahidov yeni təyinatı ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, bundan sonra da jurnalistlərlə qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində çalışacaq.
Rəis hələlik müavin postunun boş qaldığını bildirib:
“Uyğun kadr olan kimi təyinat olacaq”.
DİN-in mətbuat xidmətinin sabiq rəisi Sadiq Gözəlov bu yaxınlarda təqaüdə göndərilib.