İran prezidenti Həsən Ruhani ABŞ-ın yeni dövlət başçısı Donald Trampın siyasətdə yeni olduğunu və dünyada baş verənləri anlamadığını bəyan edib.
YeniMeydan.info xarici mediaya istinadən bildirir ki, Ruhani “Tramp – siyasətdə yeni adamdır”, - deyə qeyd edib.
Onun fikrincə, ABŞ prezidenti buna qədər tamamilə başqa dünyada yaşayıb və indi tamamilə tanış olmadığı vəziyyətlə üzləşib: “Bir müddət keçəcək, o, dünyada həqiqi mənada nələr baş verdiyini başa düşəndə, bu, ABŞ-a böyük qiymətə başa gələcək”.
İran prezidentinin bu şərhi Donald Trampın bəzi İslam ölkələrindən, o cümlədən İrandan ABŞ-a mühacirətin məhdudlaşdırılması haqda imzaladığı qanun olub.
“İndi adamları bölmək vaxtı deyil”, - Ruhani bəyan edib.
O, əlavə edib ki, Tehran Amerika liderinin bu qərarına qarşı lazım olan cavab tədbirlərini görəcək.