Rusiyanın Surqut şəhərində Azərbaycan vətəndaşı öldürülüb.
YeniMeydan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə saat təxminən 14:00-da Andreyevski küçəsində yerləşən “Rus” kafesində baş verib.
Mənbənin məlumatına görə, həmin ünvanda bir qrup şəxs arasında dava olub. Nəticədə cinayətkarlardan biri əlindəki silahla Azərbaycan vətəndaşını başından güllələyib. O, aldığı güllə yarasından yerindəcə keçinib. Hal-hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən şübhəlilərin axtarışları aparır.
Günel Qurbanova