Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Tramp NATO-nu dağıdacaq, yoxsa saxlayacaq?

Tramp NATO-nu dağıdacaq, yoxsa saxlayacaq?


ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası zamanı NATO-ni hərbi blok kimi dəfələrlə tənqid etmişdi. Tramp çıxışlarında “Soyuq müharibə” zamanı kommunizm təhlükəsinə qarşı yaradılmış təşkilatın müasir tələbələrə cavab vermədiyini və köhnəldiyini iddia edirdi.

 



“Mən çoxdan deyirəm ki, NATO-nun problemləri var. Bildiyiniz kimi, çox-çox illər əvvəl yaradılıb və buna görə köhnəlib”.



 



Biznesmen kimi zamanında milyardlar qazanan prezident NATO ölkələrinin nizamnaməyə əsasən, ÜDM (Ümumi Daxili Məhsul) istehsalının 2%-ni hərbi xərclərə ayırmalı olduğunu, lakin yalnız 5 ölkənin öhdəliyə riayət etməsindən də gileylənirdi.



 



“Ödəməli olduqlarından az ödəyirlər. Bu, ABŞ-a qarşı ədalətsizlikdir. Yalnız 5 ölkə ödəməli olduğu məbləği ödəyir. 22 ölkə arasında 5 ölkə azlıq edir”.



 



Amma Tramp NATO ilə körpüləri tam yandırmayaraq, blokun qlobal önəmindən də danışırdı. NATO-ya pozitiv siqnallar göndərməklə prezident ona qarşı tuşlanan iradlardan qorunmaq məqsədi güdürdü. Belə ki, Hillari Klintonun prezidentlik debatlarında əsas arqumentlərindən biri opponentinin NATO ilə bağlı fikirləri idi.

 



“Tramp NATO-nu dağıdaraq bizim Avropadakı müttəfiqlərimizi Rusiya qarşısında aciz durumda qoymaq istəyir. O, Putinin istədiyi  kimi hərəkət edir”.



 



Lakin 20 yanvarda təntənəli andiçmə mərasimindən sonra Donald Tramp NATO-nun saxlanılmasının vacibliyindən danışdı. Belə ki, o, yanvarın 28-də Putinlə telefon danışığından dərhal sonra Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransa  Ollandla əlaqə saxlayaraq, ABŞ-ın NATO-da qalacağı və alyansın möhkəmlənməsi üçün ortaq səylərin davam etdirilməsini diqqətə çatıdırıb. 



Görünən odur ki, alyansa üzv ölkələr onun təkidindən sonra hərbi büdcələrini artıracaqlar.



 



Bunu bir növ Donald Trampın daha bir qələbəsi hesab etmək olar. ABŞ iqtisadiyyatını inkişaf etdirməyə, yeni iş yerləri açmağa və lüzumsuz xərclərdən çəkinməyə çalışan yeni prezident üzv ölkələri öz vəsaitləri hesabına müdafiə olunmağa səsləyib. Danışıqlar aparmaqda usta olan Tramp NATO-nun əslində güclü oyunçu olmasında maraqlıdır. Sadəcə, yüngül şantaj yolu ilə daha çox güzəştlər əldə etməyə çalışır.


Teqlər:
Bu xəbər cəmi 2490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR