Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Trampın ABŞ-a gəlməsinə qadağa qoyduğu “Oskar”lı İran rejissorunun MÜSAHİBƏSİ

Trampın ABŞ-a gəlməsinə qadağa qoyduğu “Oskar”lı İran rejissorunun MÜSAHİBƏSİ

Nüfuzlu “Oskar” mükafatının sahibi olan iranlı Əsgər Fərhadi bu il “Satıcının ölümü” filmi ilə bu uğura növbəti dəfə imza atmağa çox yaxındır. 89-cu “Oskar” mükafatında xarici filmlər nominasiyasının əsas favoritlərindən olan Fərhadi Trampın 7 müsəlman ölkəsi ilə bağlı verdiyi fərmana əsasən, o, mərasimə qatıla bilməyəcək.


 


Moderator.az Əsgər Fərhadinin “Oskar” namizəd olan filmi barəsindəki müsahibəsinin orijinaldan tərcümə şəklində təqdim edir. Türkiyənin “Cumhuriyyət” qəzetinin dünya şöhrətli rejissordan aldığı müsahibədə maraqlı məqamlara toxunulub:






-“Satıcının ölümü” filmini çəkməyinizin hər hansı özəl səbəbi varmı?


 


-Artur Millerə heyranam. Çünki bəşəri yazıçıdır və onun “Satıcının ölümü” pyesində  yaşananlar hər birimizə aid olan məsələlərdir. Bir  amerikan dramaturqunu nə üçün seçdiyimi soruşanlar var, amma məncə, bu əsər bəşəri mahiyyət daşıdığı üçün qiymətlidir.


 


-Filmin əvvəlində bir evli cütlüyün uçmaqda olan binadan xilas cəhdlərini izləyirik.  Burada yıxılmaqda olan dəyərlər metaforasını bir kənara qoyaq, nə üçün insanlar evsizdir və bu uçuşun səbəbi nədir?


 


-Millerin pyesinin əvvəlində də Nyu-Yorkun dəyişən simasının, modernləşməsinin yıxıcı təzahürləri var. İnsanlar sürətlə baş verən dəyişikliklərə həmən uyğunlaşa bilməzlər. Hazırda İranda baş verənlər də buna bənzəyir, insanlar modernləşmək istəyir, amma əslində, bu müasirliyi tələsik və şüursuz halda həzm edirlər. 


 


-Film teatrda çalışan evli cütlükdən bəhs edir. Amma hadisənin ortasında onlar gözlənilməz ittihamla üzləşirlər. Nəticədə, müsbət obraz olan ərin qəzəbi şərə yol açır...


 


-Eynən! Mədəni insanların ancaq sülhpərvər, barışdırıcı olmasını düşünürsünüz. Müəllim, aktyor deyil, zalım biri olsaydı, onun bu qəzəbi sizi təəccübləndirməzdi, amma burada ərin hiddətlənməsinə heyrət edirsiniz. Budur, həyat bizi gündəlik sınaqlardan keçirir. Üstəlik, ittiham evimizin məhrəminə aid olduqda qəzəbin ölçüsü dəyişir. Səhnədə çox mədəni, açıq fikirli və xoşgörülü olan insanlar gerçək həyatda çox primitiv istiqamətlərə  yönlənə bilirlər. Böhran anında sıxışan yaxşı adamların daxili dünyasını   izah etmək üçün   maraqlı detallar tapıram. 


 


-Burada ər zərərçəkən arvadı ilə də pis rəftar edir...


 


-Bəli, çünki ər öz düşüncələri ilə deyil, başqalarının fikirləri ilə hərəkət edir və bu səbəbdən hər kəslə kobud rəftar edir. O, mentalitetlə modernizmin arasında sıxışmağın bariz nümunəsidir: qonşusunun baxış bucağından hərəkət edir və bu da sizi qıcıqlandırır.






-Bəs qadının səssizliyini nə ilə əlaqələndirirsiniz?


 


-Qadın səssizdir, çünki həqarətə uğrayıb. Amma belə halda öz evinin məhrəmini qoruyub saxlaması daha faciəvidir. Səssizdir, amma passiv deyil. Yaralıdır, amma dik durur.


 


-Filmlərinizdə bağışlamaq  gücündə olan  insanlıq səviyyəsində yaşamağın çətinliyindən bəhs edirsiniz. Nə üçün hər zaman bağışlayan qadınlar olur?


 


-“Mütləq  qadın bağışlamalıdır”, deyilən anlayış yox. Hər ikisi insandır və hər ikisi suallarla, problemlərlə üzləşir. Amma kişi daha mühafizəkardı. Şiddətin, qəzəbin də bir qismi mühafizəkarlıqdan irəli gəlir.


 


-Türkiyəyə tez-tez gəldiyinizi və rejissor Nuri Bilgə Ceylanla dost olduğunuzu bilirik. Münasibətiniz hazırda nə yerdədir?


 


-Onunla çox yaxın dost olduğumu söyləməkdən qürur duyuram və bunu hər yerdə deyirəm. Zamanımızın yaşayan ən böyük rejissorlarındandır. Ünsiyyətimizi çox olmasa da, dostluq münasibətimiz davam edir.

Teqlər:
Bu xəbər cəmi 1820 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR