Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Heydər Heydərli təqaüdə göndərilib.
"Report"un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, Heydər Heydərli bundan əvvəl Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi olub.