Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.YeniMeydan Info xəbər verir ki,məsələ ilə bağlı Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.O bildirib ki, layihə yanvarın 31-də bununla bağlı yaradılan İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə Milli Məclisə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını qeyd edib.