Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısı Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur.
Bu haqda “Açıq Rusiya” təşkilatının saytı məlumat yayıb.
Araşdırma zamanı bəlli olub ki, Karlovı Varıdakı elit daşınmaz əmlak sahibləri arasında Azərbaycandan olan tanınmış simalar da var.
Onların arasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, onun deputat qardaşı Cavanşir Paşazadənin, Milli Məclisin digər üzvü Adil Əliyevin, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyevin adları var.
Cavanşir Paşazadə və DİN isə yayaılan xəbərləri təkzib edib.
Bəs Azərbaycanın Çexiyadakı səfirliyi bu barədə nə düşünür?