Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib

Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib
Bu gün Qazaxıstan Respublikasının Atırau şəhərinin akimi Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, qida, kənd təsərrüfatı, səhiyyə, gəmiçilik, enerji, yüngül sənaye və başqa sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, bununla belə hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək ölkələrimiz arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9 iclası keçirilib. Hazırda Azərbaycanda 40-a yaxın Qazaxıstan şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstanda uğurla fəaliyyət göstərirlər. Serik Aydarbekov ölkəsində, o cümlədən Atırauda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına Qazaxıstanda marağın böyük olduğunu nəzərə çatdırıb. O, qeyd edib ki, Qazaxıstan regionları ilə Azərbaycan regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Atıraunun akimi Serik Aydarbekov Azərbaycan sahibkarlarını Atırau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət edib. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib. Biznes forumda “Atırau şəhərinin investisiya prioritetləri və iqtisadi potensialı” mövzusunda təqdimat keçirilib. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Teqlər:
Bu xəbər cəmi 1155 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR