Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın 29 dekabr 2016-cı il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı göndərdiyi məktuba cavab verib.
Bunu Trend-ə Azərbaycanın Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, məktubda bildirilir ki, BQXK hadisənin inkişafını diqqətlə izləyir:
"Məktubda daha sonra qeyd edilib ki, ən yaxın zamanda bütün tərəflərin razılığı əsasında şəhid əsgərimizin meyitinin qaytarılması üçün çalışmaqda davam edəcəyik".