Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“AZƏRİŞIQ” VƏTƏNDAŞDAN BİR TEXNİKİ ŞƏRTƏ GÖRƏ 15 MİN İSTƏYİR – Şikayət

“AZƏRİŞIQ” VƏTƏNDAŞDAN BİR TEXNİKİ ŞƏRTƏ GÖRƏ 15 MİN İSTƏYİR – Şikayət


“Azərişıq” ASC-nin İsmayıllı şöbəsinin rəisi Baba Rzayev rüşvət adı ilə vətəndaşdan pul tələb edib?

İsmayıllı rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qurbanov İlqar və Gülmammadov Novruz “Azərişıq” ASC-nin İsmayıllı rayonu üzrə nümayəndəsi Əliağa adlı şəxsdən şikayətçi olduqlarını bildirirlər. Onlar“Azərişıq”rəhbərliyinə, eləcə də, hüquq mühafizə orqanlarına ünvadıqları şikayətin bir surətini də Azadlıq qəzetinə göndəriblər.

Şikayətin qısa məzmununu oxucularımıza təqdim edirik: “2014-cü ildə Muğanlı-İsmayıllı yolunun kənarında “Şöhrətoğlu” ailəvi istirahət mərkəzi tikərək ölkədə turizmin inkişafına öz töhfəmizi vermək istədik . Obyekti tikib işlək vəziyyətə gətirdikdən sonra 2016-cı ilin iyunundaistirahət mərkəzinin elektrik enerjisi ilə təmin olunması üçün texniki şərtin alınmasına görə “Azərişıq” ASC-nin İsmayıllı şöbəsinə müraciət etdik. İdarənin rəisi Əliağa müəllim texniki şərtin verilməsi, 63 kilovatlıq transformatorun qoyulması, eləcədə elektrik xətlərinin çəkilib təhvil verilməsinə görə cəmi 15 min manat ödəməli olduğumuzu bildirdi. Biz yəni,Qurbanov İlqar və Gülmammadov Novruz həmin məbləği Əliağa müəllimə verdik. Bundan sonra Əliağa müəllim obyektin texniki şərtini bizə təhvil verdi.

2017-ci ilin yanvarın 8-ində Əliağa müəllim yenidən bizi otağına çağıraraq bizdən 10 min manat da əlavə məbləğ tələb etdi. Biz bunun səbəbini soruşduqda, həmin məbləğin“Azərişıq” ASC-nin rəhbəri Baba Rzayeva çatmalı olduğunu bildirdi. Biz düşünürük ki, Əliağa müəllim Baba Rzayevin adından istifadə edərək bizdən əlavə pul qopartmaq istəyir. Onun görə də “Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevə ərizə ilə müraciət etmişik. Lakin “Azərişıq”da bizə qənaətverici cavab verən yoxdur. Məsələnin mətbuat vasitəsi ilə ölkə başçısına çatdırılması qərarına gəldik. Bunun üçün də sizdən xahiş edirik, bizim şikayətimizi dərc edəsiniz”.

Şikayətçilər Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də ərizə ilə müraciət etdiklərini bildirir.

“Azərişıq” ASC-nin İsmayıllı rayon üzrə nümayəndəsi ilə əlaqə saxlmağa cəhd etsək də bizə verilən telefon nömrəsi ilə onlarla əlaqəmiz mümkün olmadı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.(azadlıq.info)


Teqlər:
Bu xəbər cəmi 2420 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR