Yevlax rayon sakini ov edərkən ehtiyatsızlıqdan açdığı atəşlə özünə xəsarət yetirib və ölüb.
Hadisə yanvarın 18-də rayonun Aşağı Qarxun kəndi ərazisində baş verib.
Həmin kəndin sakini Habil Əbdürrəhimov ov edərkən tüfənglə ehtiyatsız davranıb, O, açdığı atəşdən xəsarət alıb və ölüb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.
Virtualaz.org bildirir ki, xəbəri Daxili İşlər Nazirliyinin saytı yayıb.