“Azərbaycan xalqının tarixində həm şanlı, həm də qanlı günlər var. Bu şanlı, həm də qanlı günlərdən, qəhrəmanlıq səhifələrindən biri də 20 Yanvar faciəsidir. Sabah Azərbaycan xalqı 20 Yanvarı onu sevənlərlə, öz dostları ilə birgə yad edəcək, xatırlayacaq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədazadə deyib.
Ziyad Səmədzadə bildirib ki, 20 Yanvar xalqımızın tarixində ən mühüm səhifələrdən biridir. “Eyni zamanda, 20 Yanvar xalqımızın milli-azadlıq hərəkatının tarixində ən mühüm hadisələrdəndir. Bunu da həmişə belə dəyərləndiririk. Odur ki, 20 Yanvar hadisələrində Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza isə başsağlığı veririk”.