Bakıda ərəblər qarət edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə bildirir ki, yanvarın 4-də Səbail rayonunun Neftçilər prospektindəki hotellərdən birində Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Abdullah İbrahim Əlzaidin yaşadığı otaqdan geyim əşyaları, Muhammed Muammar Abdullahın yaşadığı otaqdan isə 1500 avro dəyərində brilyant qaşlı boyunbağı oğurlanıb.
Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aylana Hacıyeva tutulub.