Bakıda intihara cəhd olub.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb. Valideynləri tərəfindən dərhal xilas edilən N.Müslümov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, N.Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb. Lakin krediti ödəyə bilmədiyi üçün özünə qəsdə əl atıb. Faktla bağlı araşdırma aparılır. (APA)