Böyük Britaniya Kraliçası II Yelizaveta Bukingem sarayında ölümlə üz-üzə qalıb.
Bu barədə “RİA Novosti” məlumat verir.
"Independent" qəzetində yer alan məlumata görə, yuxusuzluqdan əziyyət çəkən Kraliça sarayın həyətində gəzərkən ərazinin təhlükəsizliyinə cavabdeh olan mühafizəçilərdən biri silahı ona tərəf tuşlayıb və kim olduğunu soruşub. Kraliça kim olduğunu bildirdikdən sonra mühafizəçi “az qala onu vuracağını” deyib.
Bu hadisəni qəzetə keçmiş qarovul rəsmisi danışıb.
Hadisənin nə vaxt baş verməsi barədə məlumat verilməyib.