Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elektron ticarətə vergi tətbiqi haqda - Açıqlama

Elektron ticarətə vergi tətbiqi haqda - Açıqlama


Xəbər verdiyimiz kimi, yanvarın birindən etibarən elektron ticarət əlavə dəyər vergisinə (ƏDV) cəlb olunub.



Qafqazinfo” xəbər verir ki, Vergilər naziri Fazil Məmmədov məsələ ilə bağlı Milli Məclisdə bildirmişdi ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergi tutulacaq. Həmin müddəalara əsasən vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanır, alıcının vəsaiti hesabına tutulur və büdcəyə ödənilir.



Ancaq online alış-verişə 18 faizlik ƏDV-nin tətbiqi məsələsi ictimaiyyətə hələ də tam aydın deyil. Bəziləri elə başa düşür ki, bura mallar (geyim, aviabiletlər, otel rezervasiyaları) da daxildir. Məlum olub ki, söhbət mal və məhsullardan deyil, iş və xidmətlərdən gedir.



Vergilər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda siyahıda hansı xidmətlərin olması məsələsi üzərində işlənilir: “Ancaq mallardan ƏDV-nin tutulması məsələsi bura daxil deyil. Yaxın günlərdə hansı xidmətlərin ƏDV-yə daxil edilməsi ilə bağlı siyahı və qaydalar ictimaiyyətə təqdim olunacaq”.



Elektron Ticarət İctimai Birliyinin idarə heyətinin üzvü Nicat Manafov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, burada söhbət xidmətlərin ƏDV-yə cəlb olunmasından gedir: “18 faiz ƏDV xarici elektron ticarət zamanı alınan xidmətlərə aiddir. Bu xidmətlərdə aviabiletlər və otel rezervasiyaları istisnadır. Bura bulud xidmətləri, Google-dan aldığımız xidmətlər, Goolge Play-dən yüklədiyimiz oyunlar, Uber-də edəcəyimiz ödənişlər, Facebook və Google-da istifadə etdiyimiz reklam büdcələri, musiqi, film yükləmək kimi xidmətlər daxildir. 10 faizlik ƏDV isə xarici elektron pul kisələrindən tutulacaq.



Bu tutulmaları isə banklar özləri tənzimləyəcək. Hələlik isə bankların necə tənzimləyəcəyi dəqiqləşməyib. Hazırda banklar avtomatik yolla 18 faizlik ƏDV-ni tuturlar”.



İqtisadçı ekspert Natiq Cəfərli də “Qafqazinfo”ya deyib ki, hələlik nazirlik siyahını ictimaiyyətə tətbiq etməyib: “Ona görə də bu barədə dəqiq məlumat vermək hələ tezdir. Qaydalar da açıqlanmayıb. Müxtəlif versiyalar səsləndirilir. Ola bilər ki, bəlli bir məbləğə qədər ümumiyyətlə ƏDV tutulmasın. Və yaxud xidmətlərin növündən asılı olaraq da dəyişə bilər. Ancaq bunlar siyahı təqdim edildikdən sonra bəlli olacaq”.


Teqlər:
Bu xəbər cəmi 1755 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR