SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 1 mln. 217,799 min ton neft yola salıb.
Virtualaz.org şirkətə istinadən bildirir ki, 2015-ci ildə ARDNŞ Novorossiysk limanından 1mln. 270,108 min ton neft yola salıb. Beləliklə, 2016-cı ildə Novorossiysk limanından şirkət tərəfinən ixrac olunan neftin hıcmi 4,1% azalıb.
2016-cı ilin fevral ayında ötən il üçün SOCAR və Rusiyanın "Transneft" şirkəti Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqavilə imzalayıb. Ümumilikdə, 2016-cı ildə 1,3 mln. tona yaxın neft nəqli planlaşdırılıb.
Azərbaycan Bakı-Novorossiysk marşrutu ilə öz neftini 1997-ci ildən nəql edir.