“Azərişıq” ASC Yeni il bayramı günlərində bütün abonentlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına tam hazırdır.
Bakı şəhəri və digər şəhər və rayon ərazilərində istehlahkçıların fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün “Azərişıq” ASC tərəfindən bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. Mal-materialların ehtiyatı yaradılaraq baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün mobil briqadalar təşkil olunub. Bayram günlərində Səhmdar Cəmiyyətin Mərkəzi Aparatı, Texniki Departamentə tabe olan xidmət sahələri və Avtonəqliyyat xidməti, habelə bütün RETSİ-lər və Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil olunub. Bununla da “Azərişıq” ASC tərəfindən Bayram şənlikləri keçirilən ərazilərin fasiləsiz, dayanıqlı, keyfiyyətli elektrik enerjisi təchizatının təmin olunması üçün ən yüksək hazırlıq vəziyyəti yaradılıb. 199 saylı telefon cağrı mərkəzi 24 saat abonentlərin xidmətindədir
“Azərişıq” ASC-nin mətbuat xidməti