İstintaq ötən həftə sonu Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən Tu-154 təyyarəsi ilə bağlı terror versiyasını istisna etmir.
Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin uçuşların təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Sergey Baynetov bildirib. Generalın sözlərinə görə, terror təyyarəyə mexaniki təsir nəticəsində baş verə bilərdi. “Göyərtədə partlayışla yanaşı hansısa mexaniki təsir də ola bilər, terror aktı hökmən partlayışla əlaqəli olmalı deyil”-general bildirib. Baynetov deyib ki, terror versiyası araşdırılsa da əsas versiyalar sırasında deyil.