Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qaz xətlərinin yenilənməsinə 1,5 milyard xərclənəcək - 1,1 milyard kubmetr itki...

Qaz xətlərinin yenilənməsinə 1,5 milyard xərclənəcək - 1,1 milyard kubmetr itki...


Respublikada təbii qaz üzrə itkilərin böyük əksəriyyəti Bakı şəhərində baş verir. Belə ki, 2016-cı ilin yanvar–avqust aylarında ölkənin ümumi təbii qaz istehlakının 49,7 faizi, eləcə də qaz təchizatı zamanı baş vermiş itkilərin 68,4 faizi Bakının payına düşüb.



Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunub.



Bildirilir ki, Azərbaycanda təbii qaz itkiləri texniki və kommersiya itkiləri olmaqla, iki qrupa bölünür. Ölkədə təbii qaz itkiləri texniki problemlərlə, əsasən də infrastrukturun köhnə olması ilə bağlıdır. Bakı və Abşeron regionunda təbii qaz təchizatı 40 ildən artıq müddətdə istismar olunan qaz boruları vasitəsilə həyata keçirilir ki, bu da 2015-ci ildə bu regionda sızıntı ilə müşayiət olunan 1,1 milyard m3 -dən artıq qaz itkisinə səbəb olub. Xüsusilə Bakı regionunda texniki itkilərin azaldılması məqsədilə köhnə və mürəkkəb infrastrukturun modernləşdirilməsinə, təzyiq səviyyələrinin səmərəsizliyinin aradan qaldırılmasına əsaslı investisiya qoyuluşu cəlb ediləcəkdir.



Eyni zamanda, şəbəkənin köhnəlməsi və texniki vəziyyəti təhlükəsizlik tələblərinin pozulmasına, ekoloji mühitə mənfi təsirlərə səbəb olur. Şəbəkənin sadəcə genişləndirilməsi ilə gələcəkdə təbii qaz tələbatını təmin etmək qeyri-mümkündür. Bununla əlaqədar olaraq, ölkədaxili təbii qazpaylayıcı şəbəkənin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması və müasirləşdirilməsi proqramının həyata keçirilməsi ölkə daxilində dinamik artan təbii qaz tələbatını təmin etməyə, istehlakçılara fasiləsiz və etibarlı şəkildə təbii qazın verilməsinə, itkilərin texniki normalar səviyyəsinə çatdırılmasına, xidmətin keyfiyyətinin artırılmasına, istismar xərclərinin, həmçinin ətraf mühitə mənfi təsirlərin azaldılmasına zəmin yaradacaq.



Bu prioritetin tərkib hissəsi kimi, köhnə boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 milyard 515 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır. SOCAR-ın “Azəriqaz” İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanıb. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcək.


Teqlər:
Bu xəbər cəmi 2570 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR