Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Binəqədi rayon İcra Şöbəsində özbaşınalıq

Binəqədi rayon İcra Şöbəsində özbaşınalıq


Ədliyyə nazirliyinin İcra Baş İdarəsində rəhbərliyinin dəyişdirirlməsi cəmiyyətdə belə bir rəy formalaşdırmışdı ki,artıq adıçəkilən srukturda neqativ hallara son qoyulacaq.Lakin, rayon İcra şöbələrindən daxil olan şikayyət məktubları mövcud vəziyyətin heç də düzəlməməsindən xəbər verir.Binəqədi rayon İcra Şöbəsində baş icra vəzifəsində çalışan Orxan Həsənov vətəndaş Əliyev Altun Rahib oğluna qarşı peşə etikasından kənar davranışlar sərgiləməklə, tutduğu vəzifədən öz şəxsi maraqları üçün sui istifadə etməkdə ittiham olunur.Vətəndaşın sözlərinə görə hal-hazırda etibarnamə ilə idarə etdiyi 99-SK-288 dövlət nömrə nişanlı yük avtomobilinin üzərinə qoyulmuş həbs qərarını qanun çərçivəsində həlli üçün Binəqədi rayon İcra Şöbəsinə müraciət edib.Məlumat üçün bildirək ki, avtomobilin birinci şəxsin adına qeydiyyatda olması və həmin şəxsin barəsində borca görə məhkəmə qərarının olması adıçəkilən problemin yaranmasına səbəb olub.Amma borc problemini həll edən Əsədov Elçin Tahir oğlu müvafiq sənədləri Altun Əliyevə təqdim edib.Etibarnamə ilə aldığı avtomobilin üzərindən həbsin götürülməsi üçün Altun Əliyev müvafiq sənədlərlə birlikdə Binəqədi rayon İcra Şöbəsinə müraciət edib.Həmin şöbənin baş icra məmuru Orxan Həsənov isə vətəndaşla mübahisə edərək onu get-gələ salacağı ilə təhdid edib.Bu azmış kimi, həbsin götürülməsi ilə bağlı məsələnin çözülməsi üçün vətədaşdan 10 (on) manat pul tələb edib.Məcburiyyət qarşısında qalan vətəndaş Altun Əliyev həmin məbləği ödəyərək lazım olan sənədini əldə edə bilib.Baş verənlərlə razılaşmayan Altun Əliyev saytımız vasitəsi ilə müvafiq dövlət qurumlarına müraciət edərək günahkarın cəzalandırılmasını xahiş edir.Ümüd edirik ki, İcra Baş İdarəsinin yeni rəhbərliyi vətəndaşın müraciətini nəzarətə götürərək müvafiq tədbirlər görəcək.Xatırladaq ki,vətəndaş Binəqədi rayon İcra Şöbəsində baş verənlərin audio video çəklişlərini apara bilib.Həmin çəklişləri tələb olunarsa istənilən dövlət qurumuna təqdim etməyə hazırıq.

(Yenimeydan.info)


Teqlər:
Bu xəbər cəmi 2870 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR