Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

IFC nümayəndəsi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsindən danışdı

IFC nümayəndəsi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsindən danışdı


"Dünya iqtisadiyyatının bugünkü qeyri-stabil vəziyyətində dövlət bank sektorunda özəlləşdirmənin məqsədəuyğunluğunu nəzərdən keçirərkən dəqiq müəyyən etməlidir ki, bankın qarşısında hansı məsələlər dayanır və özəlləşdirmədən nə gözləmək lazımdır".



Bunu Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Ukrayna və Belarusdakı regional nümayəndəliyinin rəhbəri Rüfət Əlimərdanov Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi barədə danışarkən deyib.



O deyib: "Bu gün hər kəs üçün vahid formulun mövcud olmamasına baxmayaraq, bir şey aydındır: bazarın bütün seqmentlərində üstünlük təşkil edən universal dövlət bankı dünya təcrübəsində getdikcə daha az rast gəlinən bir modeldir".



Onun sözlərinə görə, bu gün 2000-ci illərin əvvəlindən fərqli olaraq investorların cəlb olunması daha da qəlizləşib.



R.Əlimərdanov deyib: "Fikrimcə, məsələni daha geniş şəkildə qoymaq lazımdır. İlk növbədə dövlət bankı qarşısında qoyulan məqsədləri müəyyənləşdirmək lazımdır. Bunlara ixrac əməliyyatlarının stimullaşdırılması, özəl mənbələrdən maliyyələşdirmənin cəlb olunması katalizatoru qismində müəyyən infrastruktur layihələrinin müvəqqəti dəstəklənməsi, ucqar regionlarda kommersiya banklarının gəlişindən əvvəl əhaliyə xidmət göstərilməsi və s. daxildir".



Onun sözlərinə görə, dövlət banklarının özəlləşdirilməsi barədə söhbətlər çox ölkədə gedir, amma özəlləşdirmə uzun prosesdir. Potensial "alıcı"ların marağını cəlb etmək və daha əlverişli qiymətləndirmə əldə etmək üçün dövlət banklarının sahibləri korporativ idarəetmələr yaradır və məhsullarını müasirləşdirirlər.



Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi 2017-ci ildə elan olunacaq. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.


Teqlər:
Bu xəbər cəmi 1790 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR