Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Soçidə qəzaya uğrayan Tu-154 tipli təyyarənin qalıqlarına baxış keçirərkən terror və ya diversiya əlamətləri aşkarlamayıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Təyyarənin qəzaya uğramasının əsas səbəbləri kimi mühərrikə kənar əşyanın düşməsi, keyfiyyətsiz yanacaq, pilotların səhvi və ya texniki nazasızlıq göstərilir.
Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb.