İŞİD terror qruplaşması Dağıstanda polisə hücuma görə, məsuliyyəti üzərinə götürüb.
Report xəbər verir ki, bu barədə yaraqlıların şəbəkədəki fəallığını izləyən SITE saytında məlumat verilib.
İlk hücum dekabrın 25-nə keçən gecə Mahaçqala - Kaspiysk şosesində polis patrulu xidmət başında olarkən baş verib. İki polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Dekabrın 25-də səhər saatlarında isə onların öldüyü məlum olub.
İkinci hücum da dekabrın 25-nə keçən gecə, Qızılyurdda baş verib. Naməlum şəxslər şəhərin girişində yerləşən polis postunu atəşə tutublar.