Ermənistan məhkəməsi Müdafiə Nazirliyinin hərbi hissənin kəşfiyyat idarəsi rəisinin kompüterindəki məxfi məlumatları oğurlamağa cəhd göstərən hərbçini cərimələyib.
Report xəbər verir ki, oğurluğa cəhd hadisəsi bu il aprelin 6-da baş verib.
Məhkəmə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini, Arsen adlı erməni hərbçisini cərimələyib.
İnformasiyaya görə, o, kəşfiyyat idarəsi rəisinin kompüterindəki məxfi materiallar olan diski öz kompüterinin diski ilə dəyişdirmək istəyən zaman tutulub.