Meksikanın qərbində bir neçə qanlı cinayət hadisəsi törədilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Miçoakan ştatının Xikilpan-de-Xuares şəhərində 6 kəsilmiş insane baş tapılıb.
Qonşu Gerrero ştatının Atoyak-de-Alvares şəhərində isə 7 nəfərdən ibarət ailə öldürülüb.
Yerli polis orqanları silsilə cinayətləri ərazidə fəaliyyət göstərən narkokartellər arasındakı nüfuz savaşı ilə əlaqələndirir.