Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"2016-cı ildə Azərbaycan hərbi gücünü nümayiş etdirdi"


"Başa çatmaqda olan 2016-cı il çoxvektorlu diplomatiya siyasətini davam etdirən Azərbaycanın xarici siyasəti üçün uğurlu olub".



Bunu Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.



Ekspert qeyd edib ki, rəsmi Bakı ölkənin milli maraqlarına əsaslanan kifayət qədər praqmatik xarici siyasət yürüdür.



A.Qut deyib: "Azərbaycan region dövlətləri ilə - Rusiya, Türkiyə və İranla yaxşı münasibətlər qura bilib".



Onun sözlərinə görə, bu il İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixi səfəri baş tutdu. Bu, bir daha İsrail və Azərbaycan arasında əməkdaşlığın vacibliyini təsdiq edir.



Ekspert bildirib: "İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə baxmayaraq, Azərbaycan İranla sabit münasibətləri saxlaya bilir. Azərbaycan dostunun və düşməninin harada olduğunu yaxşı bilir".



Qutun sözlərinə görə, bu il Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən də uğurlu il olub.



Ekspert deyib: "Bu ilin aprelində erməni və Azərbaycan qoşunları arasında ciddi toqquşma baş verdi. Azərbaycan ordusu yeni İsrail texnologiyalarından da istifadə etməklə sərt reaksiya göstərdi. Aprel toqquşmaları onu göstərdi ki, Azərbaycan ötən əsrin 90-cı illərində olan ölkə deyil. Bu gün Azərbaycan işğal olunmuş ərazilərini azad etməyə hazırdır. Rəsmi Bakı heç vaxt status-kvoya razı olmayacaq və Cənubi Qafqazda ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcək".



O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin "açarı" İrəvanda yox, Moskvadadır:



"Bu ilin aprel ayındakı hadisələr göstərdi ki, Rusiya kiminlə iş görməli olduğunu gözəl başa düşür. Azərbaycan Rusiya üçün çox vacib iqtisadi və sənaye tərəfdaşıdır. Ermənistana isə Rusiya yalnız maliyyə yatırır və əvəzində heç nə əldə etmir".


Teqlər:
Bu xəbər cəmi 1815 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR