Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarov Prezident Administrasiyasının xaricdə təhsil siyahısını səhv çıxartdı

Mikayıl Cabbarov Prezident Administrasiyasının xaricdə təhsil siyahısını səhv çıxartdı


"Dövlət hesabına Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısında dəyişiklik texniki səhvdən baş verib". Bu xəbəri mayın 25-də Şirvanda bölgə sakinlərini qəbul edən təhsil naziri Mikayıl Cabbarov jurnalistlər üçün keçirdiyi ayaqüstü brifinqdə verib: "Bildiyiniz kimi, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev siyasətinin əsas məqamlarından biri də "qara qızıl"ı "insan qızılı"na çevirək" şüarı ilə həyata keçirilən dövlət təhsil proqramıdır. Keçmiş illərdə olduğu kimi, bu il də dünyanın aparıcı məktəblərinə, unversitetlərinə həm magistr, həm də bakalavr səviyyəsi üzrə Azərbaycan Respublikasının vətəndaşlarının qəbulu tələbələrin seçimi əsasında həyata keçiriləcəkdi.



Bu məsələ ilə bağlı bu il bəzi yalnış fikirlər səslənir. Texniki səhvə görə, Amerika Birləşmiş Ştatlarının dövlət unversitetlərinin sayı bu il azaldılmış kimi görünüb. Amma bu, qeyd etdiyim kimi, sadəcə texniki səhvdir və 2013-2014-cü tədris illəri üçün keçən il tətbiq olunan siyahı tam şəkildə qüvvədə qalır.



Səhv eləmirəmsə, keçən il 72 ali təhsil müəssisəsi və unversitet qeyd olunmuşdu və həmin siyahı dəyişilməz olaraq bu il də tətbiq olunacaq. Təbii ki, biz istənilən tək bir dövlətin ali təhsil ocaqları ilə məhdudlaşmırıq. Bu, həm Qərbi Avropa, həm MDB, həm Asiya ölkələri və bir sıra digər regionların unversitetləri ola bilər".



Qeyd edək ki, "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı" Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 48 saylı, 15.05.2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş və www.xaricdetehsil.edu.gov.az saytında yerləşdirilmişdi. Siyahı ictimai narazılığa səbəb olmuş və məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Azadlıq radiosuna verdiyi müsahibədə heç nə anlamadığını və bununla bağlı tezliklə təhsil naziri ilə görüşəcəyini demişdi. Siyahı artıq saytdan götürülüb.



"PROBLEMİN HƏCMİ NƏ BOYDADIR?"



Brifinqdə nazir ittihamedici suallarla da üzləşib. Jurnalistlərdən biri "Təhsil sistemində savadsız müəllimlər ordusu" formalaşdığını və bu səbəbdən repititorluğun genişləndiyini deyib. Cavabında Mikayıl Cabbarovsa bildirib: "Sizin fikrinizə hörmətlə yanaşıram, eyni zamanda, fikrinizlə bölüşmürəm ki, Azərbaycanda savadsız müəllimlər ordusu var. Bu, belə deyil. Mən hesab edirəm ki, bizim ümumiyyətlə müəllimlərin bilik səviyyəsinin təkmilləşdirilməsinə, hər bir dövlətdə olduğu kimi, ehtiyacımız var. Amma bu yalnışlıq olar ki, biz bu gün belə yanaşaq ki, bizim müəllimlər ordusunun savadı aşağıdır. Yəni mən bu yanaşmanın ən azı tərəfdarı deyiləm. Sual ondan ibarətdir ki, hansı addımları həyata keçirməliyik ki, tədris səviyyəsi, o cümlədən müəllimlərin bilik səviyyəsi daimi olaraq artsın, öz növbəsində bizim təhsilimizin keyfiyyətinə müsbət təsir göstərsin. Bunun yolları müxtəlifdir və hər hansı bir tələsik addım və yalnışlığa yol verməmək üçün biz bu məsələni çox dərindən araşdırırıq və düşünürəm ki, müəyyən bir müddət də araşdıracayıq".



MÜƏLLİMLƏRİN ƏMƏK HAQQI BARƏDƏ



Müəllimlərin əmək haqqının artırılması məsələsinə gəldikdə isə Mikayıl Cabbarov deyib ki, məsələ müzakirə olunur: "Artıq müəyyən bir dövrdür ki, bu məsələ müzakirə olunur. Mən bu yanaşmanın tərəfdarıyam, eyni zamanda, problem kimi mənim fikrimcə biz bu məsələni müəllimlərin səviyəsinin qaldırılması prosesinə bağlanmasının tərəfdarıyıq. Yənı hansı formada, hansı müddətlərdə və hansı meyara (meyarlara) əsaslanaraq əmək haqları yenidən baxılmalıdır? Mənim yanaşmama görə, bundan bir az öncə dediyim meyarları tətbiq etməliyik ki, müəllimlərin ümumi məzmun, təhsil və tədris bazasını qaldıraq". /Azadlıq radiosu/


Teqlər:
Bu xəbər cəmi 1320 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR