Milli.Az "sputniknews"a istinadla xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlova təşkil olunan sui-qəsdə görə "Ceyş əl-Fəth" ("Cəbhət-əl-Nusra") təşkilatı məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə" sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A.Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.