Bakıda sərnişin avtobusu qəza törədib, ölən və yaralanan var.
"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, sərnişin avtobusu yüksək sürətlə gələrkən idarəetməni itirərək əvvəlcə dayanacaq yaxınlığında olan taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobilin sürücüsü Mahmud Cəfərovu, sonra isə onun avtomobilini vurub. "Mercedes" markalı avtomobil zərbənin gücündən Bakı Olimpiya Stadionunun ərazisinə düşüb. M.Cəfərov hadisə yerində ölüb. İdaretməni itirən avtobus dayanacağa çırpılıb. Nəticədə dayanacaqda avtobus gözləyən sərnişin - 49 yaşlı Zülfüqarova Mələk ağır kəllə-beyin travması alıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Onu da qeyd edək ki, qəza barədə ilk xəbəri və fotoları criminal.az yayıb.