Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,11 dollar bahalaşaraq 52,23 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar artaraq 55,35 dollar olub.
AzərTAc xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,95 dollar bahalaşaraq 57,14 dollar təşkil edib.