Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOSİAL MÜDAFİƏ NAZİRLİYİ ŞƏRTLƏRİ AÇIQLADI

SOSİAL MÜDAFİƏ NAZİRLİYİ ŞƏRTLƏRİ AÇIQLADI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında» qanun layihəsində belə ailələr üçün nəzərdə tutulan güzəştləri açıqlayıb.






«APA-Economics»in məlumatına görə, nazirliyin şöbə müdiri Elnur Sultanov bildirib ki, qanuna əsasən veriləcək güzəştlərə təhsil, səhiyyə, kommunal xidmətlər, həyat şəraitinin, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma sahəsində imtiyaz və güzəştlər aiddir: «Belə ailələrin uşaqlarına təhsil almaq, səhiyyə xidmətlərindən istifadə üçün güzəştlərin tətbiq olunması, kommunal xidmət xərclərinin ödənilməsi üçün dövlət tərəfindən kompensasiya verilməsi nəzərdə tutulur».



Qanun layihəsinə əsasən, təhsil və səhiyyə xidmətləri ilə bağlı güzəştlər dərman ləvazimatlarının əldə olunmasında güzəştlərin tətbiq olunması, yəni müvafiq kompensasiyaların verilməsi, eyni zamanda məktəb formasının əldə olunması üçün dövlət tərəfindən həmin ailələrə kompensasiyaların ödənilməsi kimi müddəaları əhatə edir: «Layihədə təklif olunur ki, belə ailələrin övladları ödənişli təhsil müəssisələrində təhsil haqqının 50%-ni ödəsin».



Çoxuşaqlı ailələrə dövlət dəstəyi bu ailənin üzvlərinin işlə təminatına da təsir edəcək. Şöbə müdiri bildirib ki, mövcud vakansiyalar olduqda, bu vakansiyalar ilkin olaraq çoxuşaqlı ailələrin valideynlərinə təklif olunmalıdır.



Çoxuşaqlı ailələrdə anaların analıq məzuniyyətinə çıxdığı hallarda məzuniyyət müddətinin uzadılması da təklif olunur. Amma hələlik bu müddətin nə qədər olacağı müzakirə edilir. Belə anaların analıq məzuniyyətində olduğu müddət də əmək stajı kimi sayılacaq. 3-cü və daha çox uşaqların anadan olmasına görə birdəfəlik müavinətin olması nəzərdə tutulur - hələlik müavinətin məbləği də müzakirə obyektidir. İlkin təkliflərə görə, bu məbləğ minimum əmək haqqının 12-16 misli qədər, yəni təqribən 1200-1600 manat ola bilər.



Güzəştlərin dərəcəsi uşaqların sayından asılı olaraq artacaq: «Şübhəsiz ki, bu sahədə müvafiq fərqlənmələr olacaq. Ailələrdə uşaqların çox olması onların sosial və hüquqi təminatlarının artması ilə təmin olunacaq. Məsələn, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləği ailədə neçənci uşağın doğulmasından asılı olaraq minimum əmək haqqının 12 və ya 16 misli arasında dəyişəcək».



Qanun layihəsinin hazırlanması zamanı bir sıra Avropa ölkələrində demoqrafiyanın inkişafı ilə bağlı icra olunan proqramların təcrübəsindən istifadə edilib: «Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda demoqrafik vəziyyət nisbətən sabitdir. Amma əhalinin sosial müdafiəsinin təmin olunması, o cümlədən demoqrafik proseslərin tənzimlənməsi və inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər sırasında bu qanun müstəsna rol oynayır».



Qeyd edək ki, «Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında» qanun qəbul edilsə, ondan uşaqların sayı 18-i keçməyən 3 və daha uşağı olan ailələr, 2 və daha çox əkiz uşaqları olanlar faydalana biləcək. Bundan başqa, qanun layihəsində «Qəhrəman ana» anlayışı da nəzərdə tutulub – bu ad 5 və daha artıq uşağı olan qadınlara veriləcək.

Şöbə müdiri bildirib ki, qanunda nəzərdə tutulan güzəşt və imtiyazlar qanunun qəbulundan sonraya yox, ondan əvvəl də 3 uşağı olan ailələrə tətbiq ediləcək: «Hələlik demək çətindir ki, bu qanun hansı tarixədək doğulan uşaqlara şamil ediləcək. Çünki bu, ölkədə yeni doğulan uşaqların sayı, bununla bağlı proqnozlar və s.-dən asılı olacaq. Amma bu qanun layihəsi qanun qüvvəyə minməzdən öncə də yaranmış çoxuşaqlı ailələri nəzərə alacaq. Çünki qanunun mütərəqqi olması nəzərdə tutulub».



Sənəddə qanunun gətirəcəyi üstünlüklərdən sui-istifadənin qarşısını almaq da nəzərdə tutulur: «Təbii ki, əhali hər bir qanunda nəzərdə tutulan müddəalardan və güzəştli şərtlərdən maksimum faydalanmağa cəhd edir. O baxımdan çalışacağıq ki, qanunvericilikdə müvafiq müddəalar təsbit olunsun ki, belə bir sui-istifadə hallarına yol verilməsin».



Şöbə müdiri qanun layihəsi üzərində müxtəlif dövlət qurumları - Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Maliyyə, Təhsil və Səhiyyə nazirlikləri tərəfindən müzakirələrin aparıldığını və son variantın hələ hazır olmadığını bildirib. Onun sözlərinə görə, qanunla bağlı müzakirələr ilin sonunadək başa çata bilər.


Teqlər:
Bu xəbər cəmi 1675 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR