Bakıda piyada yol hadisəsinin qurbanı olub.
Milli.Az xəbər verir ki, bu gün səhər "Koroğlu" metro stansiyası yaxınlığında ölüm hadisəsi baş verib.
Şahidlərin verdikləri məlumata görə, yolda təmizlik işləri aparan süpürgəçi qadını avtomobil vurub. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisləri cəlb olunublar.
Qeyd edək ki, qəzadan sonra ərazidə səhər saatlarından böyük tıxac yaranıb.