Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məleykə Abbaszadə: "İndidən yükləyin, sonra pullu olacaq"

Məleykə Abbaszadə:


"Mütəmadi olaraq deyirlər ki, niyə imtahan qaydaları tez-tez dəyişdirilir. Cavab olaraq bildirirəm ki, onlar dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik".



Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları"na həsr olunmuş konfransda deyib.



M.Abbaszadə bildirib ki, kurrikulumla təhsil alan şagirdlərin biliklərini yoxlamaq üçün onlara yeni növ tapşırıqların verilməsi lazım idi. Bunun üçün də 2013-cü ildən başlayaraq, şagirdlər arasında Azərbaycan dili ( tədris dili rus dili olanlar üçün rus dili) və riyaziyyatdan monitorinq imtahanları keçirilir. 4 il ərzində 85 459 şagird monitorinq imtahanlarında iştirak edib.



M.Abbaszadə deyib ki, DİM-in elektron bazasında hazırda 9-cu sinifdə oxuyan 113 min şagirdin adı var. Onların 85 459-u artıq monitorinq imtahanlarından keçib: "Monitorinq imtahanlarının nəticələrinə əsasən, builki buraxılış imtahanlarında (ümumi təhsil bazası üzrə) yazı işlərinin yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Qəbul edilən yeni mexanizm isə yeni bir metod olaraq, artıq 4 ildir ki, respublikada qiymətləndirilmə sahəsində tətbiq edilir".



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış elmi statistik təhlillərin bu qurumun saytına yükləndiyini deyən M.Abbaszadə onu da əlavə edib ki, gələn il yanvarın 1-dən həmin yükləmələr ödənişli olacaq: "1 il ərzində yükləmələrin sayı 3400-ə yaxın olub. Yükləmələr əsasən xaricdən olurdu. Son 2 ayda isə rayonlarda müəllimlər üçün keçirilən görüşlərin nəticəsi olaraq, 500 yükləmə olub. Bunları da sırf region müəlimləri edib. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq".


Teqlər:
Bu xəbər cəmi 1420 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR