Zorlamaya görə 2011-ci ildə 7 il azadlıqdan məhrum olunan İsrailin keçmiş prezidenti Moşe Katsav vaxtından əvvəl azadlığa çıxacaq.
Modern.az xarici mediaya istinadən bildirir ki, 71 yaşlı Moşe Katsav bu həftə həbsxanadan buraxılmalıdır.
Vəkilinin sözlərinə görə, keçmiş prezident bu xəbəri eşidəndə sevincindən ağlayıb.
Zorlamaya görə məhkəmənin təyin etdiyi 7 ilin 5 ilini həbsxanada oturan Katsav özünü günahkar hesab etmədiyindən bu müddətdə həmişə vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü çalışıb.
O, 2011-ci ildə Təl-Əviv dairə məhkəməsinin hökmü ilə tabeçiliyindəkiqadınları zorlama, seksual kələkbazlıq, nalayiq davranışlar və istintaqa mane olmaq cəhdlərinə görə 7 il azadlıqdan məhrum edilib.
Yaşlı adamın və prezidentin barəsində çıxarılan bu hökmün daha sərt olduğu məsələsi İsraildə geniş müzakirə olunub. Məhz həmin debatların nəticəsində 2012-ci ildə Moşe Katsav həbsxanadan vaxtından əvvəl çıxmaq şansı əldə edib.