Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində növbəti dəfə itki verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Əl-Bab bölgəsində baş verən döyüşlər zamanı 1 türk hərbçi şəhid olub, 5-i isə yaralanıb.
Qeyd edək ki, Türkiyə ordusu “Fərat Qalxanı” əməliyyatına avqustun 24-dən Suriyanın Cerablus şəhərinin İŞİD-dən təmizlənməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə başlanılıb.