Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıdakı bayram yarmarkalarında kimlər ticarətlə məşğul ola bilər?

Bakıdakı bayram yarmarkalarında kimlər ticarətlə məşğul ola bilər?


Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti Yeni illə bağlı ilkin olaraq paytaxtda 10 bayram yarmarkası təşkil edir.




Bu barədə Trend-ə Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.



Onun sözlərinə görə, yarmarkalar, əsasən, metro stansiyalarının qarşısında təşkil olunur:



"Artıq 8 yarmarka təşkil olunub. Yaxın günlərdə daha iki yarmarka da təşkil olunacaq".



Ə.Bağırov bildirib ki, yarmarkaların yaradılmasında məqsəd paytaxtda Yeni illə bağlı küçə ticarətinin artmasının qarşısını almaq, küçələrdəki pərakəndə satışı yarmarkalara cəlb etmək və süni qiymət artımının qarşısını almaqdır:



"Yarmarkalarda hər kəs ticarətlə məşğul ola bilməz. İcra hakimiyyətinə aztəminatlı ailə kimi müraciət edənlər, dolanışıq səviyyəsi aşağı olanlar tərəfimizdən dəvət edilir və onlara müvəqqəti yarmarkalarda işləməyə icazə verilir. Yarmarkalarda ticarətlə məşğul olanlardan yer pulu alınmır. Bu da qiymət artımının qarşısının alınmasına kömək edir".



Qurum rəsmisi bildirib ki, ilkin mərhələdə 10 yerdə yarmarkanın yaradılması nəzərdə tutulsa da, ehtiyac olacağı təqdirdə bu say artırıla da bilər. Yarmarkalar yanvar ayının 10-dək fəaliyyət göstərəcək.


Teqlər:
Bu xəbər cəmi 1875 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR