Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycandan İran şirkətinin Şuşada məscid bərpa etməsinə REAKSİYA

Azərbaycandan İran şirkətinin Şuşada məscid bərpa etməsinə REAKSİYA


Ermənistanın Şuşadakı tarixi Azərbaycan məscidini bərpa etmək istəyi işğal etdiyi ərazilərdə mədəni-dini abidələrimizə qarşı həyata keçirdiyi vandalizm siyasətini ört-basdır etmək cəhdidir.




Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müaviniGündüz İsmayılov qondarma Dağlıq Qarabağ Respublikası ilə İran şirkəti arasında Şuşadakı Yuxarı Gövhərağa məscidinin təmiri ilə bağlı imzalanan müqaviləyə münasibət bildirərkən bildirib. 

 

G.İsmayılov deyib ki, ermənilər işğal olunmuş torpaqlarımızdan İslam dininə aid abidələrimizin, demək olar ki, hamısını məhv ediblər. Qafqaz Albaniyası dövrünə aid alban məbədlərini isə ya qriqoryanlaşdırıblar, ya da bu mümkün olmadıqda dağıdıblar: "Bu reallıqları artıq dünya ictimaiyyəti bilir və Ermənistanın vandalizm siyasəti beynəlxalq aləmdə ifşa olunub. Buna görə də ermənilər "vəziyyəti dəyişmək üçün" cəhdlər göstərirlər. Amma artıq gecdir. Onlar ifşa ediliblər. O ki qaldı bərpa işini hansısa müsəlman şirkətinin həyata keçirməsinə, bu, nə İslama, nə də insana yaraşan əməldir. Çünki ermənilər məscidlərdə heyvan saxlamaqla təkcə azərbaycanlıların yox, bütün müsəlmanların heysiyyatına toxunublar. Düşmən dəyirmanına su tökən bu cür müsəlmanlar beynəlxalq hüquq normalarına, Qarabağda yaşanan insanlıq faciəsinə hörmət etmirlər, heç olmasa inanclarına hörmət etsinlər. Təəssübkeş "müsəlman" şirkətləri həmin məscidlər dağıdılanda harada idilər? O vaxtlar niyə təəssübkeşlik göstərmirdilər?"


Teqlər:
Bu xəbər cəmi 2300 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR