Azərbaycanda taksilərlə bağlı yeni qadağalar tətbiq ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağan edilir. Buna görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.
Layihə Milli Məclis tərəfindən təsdiq edilib.