Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Ermənistanda Azərbaycanla dinc dialoq tərəfdarı olan şəxslər təqib olunur"



Ermənistanda "Bakı deklarasiyası" sülhməramlı platformasını dəstəkləyən və Azərbaycan xalqı ilə dinc dialoq tərəfdarı olan şəxslər təqib olunur.




Bu sözləri Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoruElxan Ələsgərov deyib:



"Ermənistanda xalqlarımızın barışması məqsədilə bir qrup erməni və azərbaycanlı tərəfindən imzalanmış Bakı deklarasiyası sərt qarşılanır".



O qeyd edib ki, bununla bağlı daha bir yolverilməz addım Xankəndi sakini, deklarasiyaya dəstəyini ifadə etmiş Lusine Nersisyanın həbsi olub.



E.Ələsgərov deyib: "O, bir qrup radikal millətçinin yaratdığı bu münaqişənin qarabağlılara gətirdiyi bəlalardan danışıb."



E.Ələsgərovun sözlərinə görə, erməni KİV-ləri bu barədə susur və xalqların barışması fikrinə qarşı çıxan xətt yürüdür: "Bəzi beynəlxalq təşkilatlar da bu proses barədə susur. Qərb mətbuatı da bu barədə susmağa çalışır, çünki bu onların barışıq anlayışına uyğun deyil. Onlar "barışıq masası" başında özlərini görmək istəyir və problemi öz maraqlarına uyğun həll etmək istəyir. Burada isə birbaşa dialoq aparılır və bu çoxlarını qane etmir".



E.Ələsgərov qeyd edib ki, Bakı platformasının əvvəlki QHT, jurnalistlər, təşkilatlar arasında görüşlərdən fərqi ondan ibarətdir ki, burada Dağlıq Qarabağ məsələsi müzakirə olunmayıb və Dağlıq Qarabağın Azərbaycana məxsusluğu sual altına alınmayıb.



Onun sözlərinə görə, Bakı deklarasiyasını dəstəkləyən ermənilər Azərbaycan və Ermənistan arasında ünsiyyətin ədalətli xarakter daşımasına tərəfdar çıxır:



"Onlar deyir ki, erməni və Azərbaycan xalqlarının bəlaları Qarabağ problemi ilə başladı və bu məsələ beynəlxalq qanunlar çərçivəsində həll olunmalıdır. İndi erməni cəmiyyətində Qarabağ klanının idarəetməsi ilə razı olmayan şəxslər Bakı deklarasiyasına qoşulur. Bu, xalqların barışığı nöqteyi-nəzərindən müsbət bir addımdır".


Teqlər:
Bu xəbər cəmi 1495 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR