Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil nazirindən daha bir sərt xəbərdarlıq

Təhsil nazirindən daha bir sərt xəbərdarlıq
Dərs ilinin başa çatmasından su-istifadə etməyə çalışan Bakıdakı bəzi məktəb direktorları təhsil ocaqlarında ötən illərdən tətbiq olunan “təmirpulu” yığımını gerçəkləşdirməyə cəhd göstərirlər


Modern.az saytına daxil olan məlumata görə, bununla bağlı valideynlərdən Bakı Şəhər Təhsil İdarəsinin 441-06-99 nömrəli “qaynar xəttinə” siqnalların verilməsi direktorlara sərt xəbərdarlığın olunması ilə nəticələnib.

Məlumata görə, bu yaxınlarda təhsil naziri postuna təyinat alan Mikayıl Cabbarovun ümumtəhsil müəssisələrində bu kimi hallara qarşı sərt tədbirlər görmək barədə şifahi tapşırığı olub. Tapşırığa əsasən, “təmirpulu” və digər adlar altında qeyri-rəsmi ödənişlərin gerçəkləşdirildiyi təhsil ocaqlarının direktorları cəzalandırılmalıdır.

Qeyd edək ki, keçmiş təhsil naziri Misir Mərdanovun dövründə hər ilin may ayında məktəblərdə şagirdlərdən adambaşına 5-20 manat məbləğində “təmirpulu” yığılırdı. Media məsələni gündəmə gətirəndə isə Təhsil Nazirliyinin rəsmiləri bu ödənişlərə valideynlərin “könüllü” qoşulduğu barədə iddialar səsləndirirdilər. Halbuki, əslində kütləvi narazılıq var idi və problemlə bağlı tədbirlər görülmürdü.

İndi ictimaiyyət yeni nazirin məktəblərdə qeyri-rəsmi ödənişlərdən əl çəkə bilməyən direktorlar barədə hansı tədbir görəcəyini gözləyir.


Teqlər:
Bu xəbər cəmi 2835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR