Rusiyanın Perm diyarında "Lukoyl-Perm" şirkətinin əməkdaşlarını daşıyan avtobusun "KamAZ"la toqquşması nəticəsində 3 neftçi ölüb, 10-u yaralanıb.
Report xəbər verir ki, bunu şirkətin təmsilçisi İrina Kuimova bildirib.
Onun sözlərinə görə, neftçiləri daşıyan avtobusda "Lukoyl-Perm"in 13 əməkdaşı olub. Şirkət rəsmisi deyib ki, qəza nəticəsində onlardan 3-ü hadisə yerində ölüb. 10 əməkdaş isə müxtəlif dərəcəli xəsarət alıb.
"KamAZ" sürücüsü də daxil olmaqla yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qəzanın səbəbləri araşdırılır.