Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ekspert: "İsrailin Azərbaycana dəstəyini Qarabağ səmasında gördük"

Ekspert:


"İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bütün istiqamətlərdə mühüm idi. Son illər ərzində bizim ölkələrin ticarət dövriyyəsi 4 milyard 850 milyon dollar təşkil edib. Azərbaycan İsrail üçün siyasi baxımdan da çox vacibdir".



Trend xəbər verir ki, bunu Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AİBA) Azərbaycan nümayəndəliyinin rəhbəri Vahid Bayramov "İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin nəticələri" mövzusunda keçirilən tədbirdə deyib.



Onun sözlərinə görə, Azərbaycan tolerantlığın tam müşahidə olunduğu yeganə müsəlman ölkəsidir: "Bizdə yəhudilər, xristianlar və müsəlmanlar arasında heç bir problem yoxdur. İsrailin baş naziri də dünən qeyd edib ki, Azərbaycan tolerantlıq baxımından bütün dünyaya örnək olmalıdır. Bizə tarixdən də məlumdur ki, 1856-cı ildə Rusiyadan yəhudilər qovulanda onların çoxu Azərbaycana gəldi. Dağ yəhudiləri isə burada əsrlərlə yaşayırlar. Azərbaycan əhalisinin yəhudi əhaliyə qarşı münasibəti həmişə yaxşı olub".



"Baku Network" Ekspert Şurasının sədri Elxan Ələsgərov isə bildirib ki, B.Netanyahunun Azərbaycana səfəri gələcəyə olan başlanğıc kimi də qiymətləndirilə bilər: "Benyamin Netanyahunun Azərbaycana ilk səfəri 20 il qabaq olub. O, prezident Heydər Əliyevlə görüşmüşdü. Bu səfər də Azərbaycan üçün çox aktual idi, çünki 20 il əvvəl Azərbaycanın vəziyyəti fərqli idi. Azərbaycan ərazilərinin hərbi işğalı təhlükəsi altında idi, erməni xüsusi xidmətlərinin həyata keçirdiyi terror hadisələrindən sonra Azərbaycan yenicə özünə gəlirdi, siyasi vəziyyət də sabit deyildi - müxtəlif qruplaşmalar aksiyalar keçirirdi. O vaxt İsrailin də vəziyyətində çətinlik vardı və iki ölkə yaxınlaşmağa başladı".



Ekspert deyib ki, Azərbaycanla İsrailin münasibətləri siyasi, iqtisadi və hərbi sahələri əhatə edir: "İsrail Azərbaycanın atdığı addımlara dəstək verir. 2015-ci ildə İsrail prezidenti Holokosta aid məruzəsində Xocalıya aid də bəyanat vermişdi. Bu, nadir bir dövlətdir ki, Azərbaycan xalqının həssas olduğu məsələlərə çox həssas yanaşır. İsrailin Azərbaycana hər sahədə göstərdiyi kömək aprel ayında özünü daha aydın göstərdi. Aprelin əvvəlində biz bu dəstəyi Qarabağ səmasında gördük. Bu, əslində dünyaya bir mesaj idi ki, hər iki dövlətin, xalqın münasibətləri gələcəkdə də inkişaf edəcək, iki xalqın xeyrinə olacaq.



Düşünürəm ki, bu iki ölkə əməkdaşlığa məhkumdur. Bu səfərdən sonra isə əməkdaşlıq daha yüksək səviyyədə inkişaf edəcək. Prezident İlham Əliyevin şəxsən Benyamin Netanyahuya olan münasibəti də ortadadır. Şəxsi münasibətləri çox gözəldir. Onu çox gözəl qarşıladı. Azərbaycanla İsrail arasındakı münasibətlər heç bir digər qonşu dövlətə qarşı yönəlməyib".



Tədbirdə iştirak edən politoloq Arzu Nağıyevin sözlərinə görə, İsrail baş nazirinin Azərbaycana gəlişi müsbət hal kimi qiymətləndirilməlidir: "Son vaxtlar İsraillə Azərbaycan arasında münasibətlər müsbət məcrada inkişaf edir. Bildiyiniz kimi, əsas məqamlardan biri də hərbi məsələlərdir. İqtisadi və digər istiqamətlərdə də əməkdaşlıq davam edir. İsraillə Azərbaycan arasında silah-sursat müqaviləsi beş milyarda qədərdir. Aprel döyüşlərində də İsrail silahlarından istifadə olunub. Həm İsrail silahlarının reklamı getdi, həm də gücümüzü ermənilər gördülər.



Ölkəmizdə yəhudi icmasının təşkil etdiyi məktəbdə dünən ivrit və Azərbaycan dilində mahnıların səsləndirilməsi ölkəmizin toleratlığını və multikultural dəyərlərini bir daha dünyaya göstərdi. Bu məqamdan İsrail də məmnundur. Eyni zamanda, son vaxtlar Azərbaycanın bir sıra dövlətlər arasında baş verən konfliktlərdə barışdırıcı rol oynaması İsrail-Fələstin qarşıdurmasının aradan qaldırılmasında da mühüm rol oynaya dilər. Yəni İsrail-Azərbaycan münasibətləri çox doğru və müsbət istiqamətdə inkişaf edir. Bu münasibətlər təkcə Azərbaycana deyil, bütün regiona təsir edir".



A.Nağıyev əlavə edib ki, bu gedişat kiməsə müsbət, kiməsə mənfi təsir edə bilər: "Misal üçün, İran fikirləşir ki, şiə yönümlü Azərbaycan niyə İsraillə bu qədər yaxınlıq edir? Ölkəmizin öz siyasəti var. Konkret siyasətimizi aparırıq. İsrail baş nazirinin Azərbaycana səfəri erməniləri də ciddi narahat edir. Onlar öz KİV-lərinə tapşırıq veriblər ki, dünyada yaşayan yəhudilər arasında təbliğat aparsınlar, onların fikirlərini Azərbaycana qarşı yönəltsinlər. Yəni bu münasibətləri gözü götürməyən qüvvələr çoxdur".



Rusiyalı ekspert Pavel Klaçkov isə İsrailin tək Azərbaycan üçün deyil, Rusiya üçün də yetərincə perspektivli tərəfdaş olduğunu bildirib. Onun sözlərinə görə, təkcə son ildə B.Netanyahu 4 dəfə Rusiyada səfərdə olub: "İsrail ABŞ-a çox yaxın olsa belə, o, Rusiyaya qarşı sanksiyaları dəstəkləmədi. Əlbəttə ki, bu bizim münasibətlərə müsbət təsir etdi və onların inkişafına şərait yaratdı".



Ekspertin fikrincə, Azərbaycan beynəlxalq siyasətdə də mühüm rol oynamağa başlayıb: "Biz bunu Rusiya-Türkiyə münasibətlərinin bərpasında gördük. Bu əlaqələri düzəltmək asan iş deyildi".


Teqlər:
Bu xəbər cəmi 1865 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR