Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 12 965,5 mln. manat vəsait daxil olub.
Bu barədə məlumat Dövlət Statistika Komitəsindən verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,11% azdır.
Hesabat dövründə büdcədən xərclənmiş vəsait isə 13 927,4 mln. manat olub ki, bu da illik müqayisədə 9,97% azdır.
Nəticədə, bu ilin ilk 11 ayında büdcənin icrasında 961,9 mln. manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 69,2 dəfə çox kəsir yaranıb. Büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna nisbəti isə 0,03%-dən 1,8%-ə yüksəlib.