Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ABŞ-dan nefti yenidən ucuzlaşdıracaq xəbərlər gəlir...

ABŞ-dan nefti yenidən ucuzlaşdıracaq xəbərlər gəlir...


ABŞ gələn ilin yanvarında özünün strateji neft ehtiyatlarının bir hissəsini satışa çıxaracaq.



Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi bildirir. Nazirlik nə qədər neftin satışa çıxarılacağını dəqiqləşdirməyib. Lakin bu, OPEC ölkələrinin və kartelə daxil olmayan neft ölkələrinin hasilatı sutkada 1.8 milyon barrel azaltmaq barədə yanvar ayından qüvvəyə minəcək razılaşmasının effektini heçə endirə bilər.



Bu günlərdə ABŞ Konqresi ölkənin strateji neft ehtiyatlarının bir hissəsinin satışa çıxarılmasına icazə verən qətnamə qəbul edib. Bu qətnamə strateji ehtiyatlardan 375 milyon dollarlıq neftin satışına imkan verir. Əldə olunacaq vəsait ölkənin energetika infrastrukturunun yenilənməsinə yönəldiləcək.



ABŞ dünyada ən iri strateji neft ehtiyatına malik olan ölkədir. Bu ehtiyatlar 1975-ci ildə yaradılıb, son məlumata görə 695 milyon barrel neftdən ibarətdir. Analitiklərə görə ABŞ-ın strateji ehtiyatlarının bir hissəsini satışa çıxarması o demək olacaq ki, yanvar ayında OPEC ölkələri və digər neft hasilatçıları hasilatı azaltmağa başlayan kimi bazarda əlavə neft həcmi meydana çıxacaq. Bu isə qiymətin qaldırılmasına hesablanmış taktikaya zərbə vuracaq.





Digər tərəfdən ABŞ şirkətləri məhz yanvar ayından etibarən şist neft hasilatını artırmağa hazırlaşırlar. Bu haqda “Reuters” xəbər verir. ABŞ-da şist neft hasilatı son beş ay idi ki, azalırdı. Lakin gözlənilir ki, yanvar ayında ABŞ-da şist neft hasilatı sutkada 1.4 milyon barrel artaraq 4.54 milyon barrelə çatacaq. Başqa sözlə, OPEC ölkələri və kartelə daxil olmayan ölkələr hasilatı hansı həcmdə azaltmağı planlaşdırıbsa ABŞ-dan bazara təxminən o qədər əlavə neft çıxarılacaq. 



Şist neft hasilatında artımın gözlənilməsi hazırda neftin qiymətlərində müşahidə edilən nisbi artımla bağlıdır. Neftin qiymətinin 50 dollardan yuxarı olması ABŞ şirkətləri üçün şist neft hasilatını sərfəli edir.



Hazırda dünya birjalarında neftin qiymətində son günlər müşahidə edilən artım yerini tədrici ucuzlaşmaya buraxıb. Son məlumatlara görə neft bu gün 1.3 faizdən çox ucuzlaşaraq bir barrel üçün 54.85 dollara satılır.


Teqlər:
Bu xəbər cəmi 2190 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR