Bakı sakininə qarşı quldurluq edilib.
Report xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Həsənov İlham Əvəz oğlu evə gedərkən "Anar" şadlıq evinin arxa hissəsində naməlum şəxslər tərəfindən döyülüb.
Onun üzərindəki mobil telefon və pul aparılıb.
Qeyd edək ki, İ.Həsənov Daxili İşlər Nazirliyində (DİN) çalışıb. O, ötən il təqaüdə çıxıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.