Rusiya və ABŞ-ın dərin və fundamental maraqları iki ölkənin münasibətlərinin normallaşdırılmasını tələb edir.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət başçısının fikrincə, Rusiya və Birləşmiş Ştatların əməkdaşlıq edə biləcəyi bir çox sahələr var:
"Düşünürük ki, biz regional münaqişələrin neytrallaşdırılması işində çox şey edə bilərik. Maraqları nəzərə alaraq, işə başlamaq lazımdır. Hesab edirəm ki, ABŞ-ın yeni seçilmiş Prezidenti də belə birgə işə hazırdır".